Sizin Reklam Burada

4 ölkənin XİN başçıları Ukraynaya gedir

4 ölkənin XİN başçıları Ukraynaya gedirAvstriya, Almaniya, Slovakiya və Çexiyanın xarici işlər nazirləri bu gün Ukraynaya səfər edəcəklər.

Avrasiya.net xarici mətbuata istinadən xəbər verir ki, diplomatlar Ukrayna rəhbərliyi ilə görüşməyi, həmçinin Donbasdakı təmas xəttinə baş çəkməyi planlaşdırır.

Almaniyanın xarici işlər naziri Annalena Burbokun səfəri iki gün davam edəcək və ilin əvvəlindən bu günə kimi ikinci səfər olacaq. Onun Kiyevdə Ukrayna lideri Volodimir Zelenski və xarici işlər naziri Dmitri Kuleba ilə görüşü planlaşdırılır.

Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına görə, danışıqların əsas mövzuları Normand formatı (Almaniya, Rusiya, Ukrayna, Fransa) çərçivəsində səylərin əlaqələndirilməsi, “Rusiyanı cilovlamaq üçün hərtərəfli paketin” həyata keçirilməsi, ticarət əlaqələrinin inkişafı və enerji təhlükəsizliyinin möhkəmləndirilməsi olacaq.

Onunla yanaşı, həmçinin Çexiya, Slovakiya və Avstriyanın xarici işlər nazirləri Yan Lipavski, İvan Korçok və Aleksander Şallenberq də fevralın 7-8-də Ukraynada olacaqlar. Çexiyalı nazirin sözlərinə görə, səfərin məqsədi Ukraynanın şərq sərhədindəki vəziyyətdə ona dəstək olmaqdır. Ukrayna Xarici İşlər Nazirliyi vurğulayıb ki, bu, Slavkov formatı (üç ölkə arasında regional əməkdaşlıq forması) ölkələrinin xarici işlər orqanları rəhbərlərinin ilk səfəridir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər