“Avropa İttiafqı ilə əməkdaşlığın davam etdirilməsinə hazırıq”
Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar ötən gün Avropa Komissiyasının Struktur İslahatlara Dəstək Baş direktoru Mario Navanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə onlayn görüş keçirib.
Avrasiya.net xəbər verir ki, görüş zamanı müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Tatar görüş zamanı Kıbrıs türk tərəfinin Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığa hazır olduğunu bildirib.
KKTC Prezidenti "AB-nin Kıbrıs türklərinə qarşı hər hansı ayrı-seçkilik etməsinin qarşısını alması vacibdir. Bizim mövqeyimiz AB ilə ətraf mühit, təhsil, ticarət və turizm kimi müxtəlif mövzularda əməkdaşlığımızı davam etdirmək və inkişaf etdirməkdir", deyib.
İki xalq arasında əməkdaşlıq və normal münasibətlərin yaradılmasına maneənin Kıbrıs türklərinə qarşı davam edən ədalətsiz təcrid olduğunu vurğulayan Ersin Tatar, Aİ-nin iki tərəf arasında iqtisadi bərabərsizliyi aradan qaldıracağına dair vədini xatırladıb.
Prezident Quzey Kıbrsın infrastrukturunun inkişafı da daxil olmaqla, iqtisadi və sosial sərmayələrlə iki tərəf arasındakı balanssızlığın aradan qaldırıla biləcəyini və bunun balanslı bir uzlaşmaya təkan verə biləcəyini ifadə edib. O, Kıbrıs türk xalqının Aİ-nin bərabərsizliyi qidalandıracaq siyasətlərdən əl çəkərək, vədlərinə əməl etməsini gözlədiyini bildirib və münaqişəyə deyil, həllinə töhfə verməyə çağırıb.