SEPAH-ın binasına hücum edildi
Dərc olunub:
31-01-2022, 17:30
Naməlum şəxs Sarvan şəhərində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat İdarəsinin binasına silahlı hücum edib.
Avrasiya.net xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Naməlum şəxs mühafizəçilərə atəş açıb, lakin atəşi nəticəsində öldürülüb.
Atışma nəticəsində yoldan keçən bir mülki şəxs də yaralanıb.