Sizin Reklam Burada

İstanbul-İrəvan reysləri fevraldan işə düşəcək

İstanbul-İrəvan reysləri fevraldan işə düşəcəkTürkiyənin “Pegasus” şirkəti İstanbul-İrəvan reysləri üçün Ermənistan Dövlət Mülki Aviasiya Administrasiyasına ərizə təqdim edib.

Modern.az xəbər verir ki, aviaşirkət fevral ayında Türkiyədən Ermənistana uçuşlara başlamaq niyyətindədir.

Ermənistanın “Flyone Armenia” şirkəti də oxşar müraciətlə Mülki Aviasiya Komitəsinə müraciət edib.

Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat katibi Sona Arutyunyan bildirib ki, Türkiyənin “Pegasus” şirkəti fevral ayından başlayaraq həftədə iki uçuş həyata keçirmək üçün müraciət edib.

Onun sözlərinə görə, Mülki Aviasiya Komitəsinə yaxın müddətdə ərizəyə baxacaq.

Ötən il dekabrın 23-də Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bəyan edib ki, Türkiyənin “Pegasus” aviaşirkəti İstanbul-İrəvan marşrutu üzrə uçuşlara başlamağa hazırlaşır.

Dekabrın 24-də məlum olub ki, Ermənistanın “Flyone Armenia” aviaşirkəti də İrəvan-İstanbul və əks istiqamətdə uçuşların həyata keçirilməsi üçün Mülki Aviasiya Komitəsinə sorğu göndərib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər