Ermənistanda əsgər öz yoldaşını başından güllələdi
Dərc olunub:
4-01-2022, 10:45
Ermənistanda 18 yaşlı hərbi qulluqçu başından güllələnib.
Məlumatı Ermənistan mediası yayıb.
Hadisə Vayotsdzor vilayətindəki hərbi hissələrin birində baş verib.
Əsgərin xəstəxanaya çatdırılarkən həyatını itirdiyi bildirilir.
Hərbçinin ölümü ilə bağlı onun xidmət yoldaşı saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.