İran sərhədçiləri ilə silahlılar arasında atışma - Ölü və yaralılar var
İranın Sistan və Bəluçistan vilayətlərində İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) sərhədçiləri əməliyyat keçirib.
İran KİV xəbər verir ki, əməliyyatda 5 silahlı dəstə üzvünü öldürülüb, 5 nəfər isə yaralanıb.
Silahlıların gizləndiyi yer və qərargah darmadağın edilib.
Atışma zamanı İranın 3 sərhədçisi yaralanıb.