Sizin Reklam Burada

Qasparyan geri çəkilmir, gərginlik artır

Qasparyan geri çəkilmir, gərginlik artırArtak Davtyan bu gündən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinin icrasına başlamış sayılır.

Avrasiya.net xəbər verir ki, baş nazir Nikol Paşinyan bu barədə özünün Facebook səhifəsində bildirib.

Eyni zamanda, Ermənistan hökumətinin saytında da bununla bağlı açıqlama yerləşdirilib.

Açıqlamada Onik Qasparyanın Baş Qərargah rəisi vəzifəsindən azad edilməsi qərarından sonra yaşanan hadisələrin bütün xronologiyası əks olunub.

Bildirilib ki, "Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında" Qanunun müvafiq müddəalarını rəhbər tutaraq, baş nazir 10 mart 2021-ci il tarixində Artak Davtyanın Baş Qərargah rəisi vəzifəsinə təyin edilməsi üçün ölkə prezidentinə təqdimat göndərib. 11 mart tarixində prezident Armen Sarkisyan qərarı imzalamayaraq geri qaytarıb.

Prezident baş nazir tərəfindən təqdim olunan qərarı "Hərbi xidmət və hərbi qulluqçu statusu haqqında" Qanunda göstərilən müddətdə imzalamamaqla yanaşı, onu baxılması üçün Konstitusiya Məhkəməsinə də göndərməyib.
Belədə Konstitusiyanın 139-cu maddəsinin 3-cü hissəsini və “Hərbi xidmət və hərbi qulluqçu statusu haqqında" Qanunun 35.1-ci maddəsinin 6-cı hissəsi rəhbər tutularaq, Artak Davtyan 22 mart tarixindən etibarən Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyin edilmiş sayılır.

Ermənistan Müdafiə Nazirliyində isə ehtiraslar səngimir. Məlumata görə, ordu heyəti müdafiə naziri Vaqarşak Arutyunyan ya da baş nazir Nikol Paşinyanın bu gün Baş Qərargah rəisi olaraq Artaq Davtyanı kollektivə təqdim ediləcəyini gözləyir.

Baş Qərargah rəisi vəzifəsindən atılan qiyamçı general Onik Qasparyan isə hələ də geri çəkilmək istəmir. Onik Qasparyanın 5 gündür işə gedib-gəldiyi qeyd edilir.

Verilən məlumata görə, müdafiə naziri Vaqarşak Arutyunyan son günlər Onik Qasparyana məhəl qoymamağa çalışır və bütün təlimatlar Baş Qərargah rəisi vəzifəsini icra edən Qalstyana verilir.

Bu xaotik vəziyyətin Silahlı Qüvvələrdəki atmosferi daha da pisləşdirdiyi və çox güman ki, bu günkü təqdimatdan sonra gərginliyi artıracağı vurğulanır..

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər