İranda prezident seçkisinin tarixi bəlli oldu
Dərc olunub:
24-08-2020, 10:32
İranda prezident seçkisi 2021-ci ilin 18 iyununda keçiriləcək.
Avrasiya.net xəbər verir ki, bunu İran daxili işlər nazirinin müavini Camal Orf deyib.
O, bununla bağlı SEPAH-la razılıq əldə olunduğunu bildirib.
Seçki prosesi 2021-ci ilin fevral-mart ayında başlayacaq.