Sizin Reklam Burada

Ərdoğandan açıq göstəriş: Danışıqlar dayandırılsın...

Ərdoğandan açıq göstəriş: Danışıqlar dayandırılsın...Şərqi Aralıq dənizi ilə bağlı razılaşmanı pozan və inamı sarsıdan Yunanıstan tərəfidir.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalın deyib.

“Yunanıstanla Misir arasında razılaşma əldə olunduqdan sonra cənab Ərdoğan bizə açıq şəkildə göstəriş verdi:

“Danışıqları dayandırırsınız. Almanlara və yunanlara bu barədə məlumat verin. Biz bu danışıqlara başlaya bilmirik. Yunanıstanla Misir arasında razılaşma Türkiyə üçün yox hökmündədir”. Çünki bu, yenidən Türkiyəni Şərqi Aralıq dənizi məsələsindən kənarda qoymaq və bizi Antalya körfəzinə məhkum etmək üçün atılmış addımdır. Türkiyə bunu heç vaxt qəbul etməz. Şərqi Aralıq dənizi mövzusunda 2 məqsədimiz var. Birincisi, dəniz sərhədi ilə bağlı məsələ, digəri isə Kipr türklərinin haqq və maraqları. Bütün bunlara baxmayaraq, Türkiyə məsələnin dialoq yolu ilə həllinin tərəfdarıdır. Ancaq burada razılaşmanı pozan və inamı sarsıdan Yunanıstan tərəfidir”, - prezident sözçüsü bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər