Eçmiədzində üç erməni polkovniki yandı
Dərc olunub:
21-05-2020, 11:41
Ermənistanın Eçmiədzin şəhərinin Zvartnots məhəlləsində qəza baş verib.
Axar.az xəbər verir ki, bu məlumatı “Yerkir.am” saytı yayıb. Qəzaya Vazgen Sərkisyan adına Hərbi Universitetin zabitləri düşüblər. Nəticədə qəzaya düşən “Mazda” markalı avtomobil yanıb. Avtomobildə olanlardan biri həlak olub, 3-ü isə yaralanıb.
Qəzaya düşənlərin universitetin artilleriya fakültəsinin baş müəllimi 57 yaşlı polkovnik-leytenant Ovik Kosakyan, 58 yaşlı polkovnik-leytenant Aşot Şekikyan, 57 yaşlı polkovnik Pavel Topçuyan və 36 yaşlı Gevork Arutyunyan olduğu bildirilib. Kosakyan qəza nəticəsində yanaraq kül olub, digərləri isə yaralı vəziyyətdə xəstəxanaya çatdırılıblar.