Qurban Qurbanov məğlubiyyəti şərh etdi

Misli Premyer Liqasının 17-ci turu çərçivəsində "Qarabağ" klubu "Kəpəz"lə qarşılaşıb. Matç "Kəpəz"in 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Avrasiya.net Qol.az-a istinadən xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra oyun barədə fikirlərini bölüşüb. Təcrübəli mütəxəssis ilk olaraq rəqibi təbrik edib. O, Azər Bağırovun komandasının yaxşı oyun nümayiş etdirdiyini və layiqli qələbə qazandığını bildirib. Qurban Qurbanov mövsümün ikinci hissəsinə istədikləri kimi başlaya bilmədiklərini etiraf edib:

"Çox yaxşı mübarizə apardılar və layiqli qalibiyyət əldə etdilər. Çox istəkli idilər, udmaq istəyirdilər. Futbolçularıma gəlincə, alınmayanda alınmır. Əziyyət çəkdilər, yoruldular. Çempionatın ikinci hissəsinə daha yaxşı başlamaq istəyirdik. Buna baxmayaraq, qarşıda asan oyunumuz olmayacaq. Bütün matçlara maksimum hazırlıq, maksimum motivasiya ilə çıxmalıyıq. Qarşıdakı günlərdə “Liverpul”la matça hazırlaşmalıyıq. Komandalar daha təcrübəli olublar. Bir-birini daha yaxşı tanıyırlar. Daha aktiv, məsuliyyətli olmalıyıq. Mübarizə aparacağıq. Hər bir xal dəyərlidir"

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər