ABŞ Sənaya zərbələr endirir
Dərc olunub:
Bu gün, 03:09
ABŞ ordusu Ənsar Allah qiyamçı hərəkatından husilərin nəzarətində olan Sənaya zərbələr endirir.
Avrasiya.net xəbər verir ki, bu barədə husilərə məxsus “Al Masirah” telekanalı məlumat yayıb.
Al Hadath və Sky News Arabia telekanallarının məlumatına görə, şəhərin hər yerində partlayış səsləri eşidilib. Əl Hadath mənbələrinə görə, zərbələrin hədəfi husilərin hərbi obyektləri, o cümlədən Sənanın qərbində yerləşən “gizli silah anbarları” olub.