"Bizim çox vacib söhbətimiz olacaq”
Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar kritik mərhələyə çatıb.
Avrasiya.net xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp Vaşinqtonda Kennedi Mərkəzində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinlə gözlənilən telefon danışığı son dərəcə əhəmiyyətli olacaq. “Biz çox kritik bir mərhələyə yaxınlaşırıq və Rusiya və Ukrayna məsələsini tamamilə həll etmək istəyirik”, - RİA Novosti Trampın sözlərindən sitat gətirir.
O, əmin olduğunu bildirib ki, münaqişənin hər iki tərəfi, xüsusən də Kiyev də bunu istəyir.
O qeyd edib ki, insan tələfatının dayandırılması üçün sazişin imzalanmasına diqqət yetirməyi planlaşdırır.
"Və indi bütün düşündüyüm budur. Bizim çox vacib söhbətimiz olacaq”, - Tramp təkrarlayıb.