ABŞ-də qasırğa nəticəsində ölənlərin sayı 36-ya çatıb
Dərc olunub:
Dünən, 05:21
ABŞ-də qasırğa nəticəsində ölənlərin sayı 36-ya çatıb.
Bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında məlumat yayıb.
Tramp əlavə edib ki, dağıntıların nəticələrini aradan qaldırmaq və yerli hakimiyyət orqanlarına yardım göstərmək üçün Arkanzas ştatına ABŞ Milli Qvardiya bölmələri göndərilib.
Amerika KİV-lərinin məlumatına görə, təbii fəlakətin qurbanları Alabama, Arkanzas, Missuri, Kanzas, Missisipi, Oklahoma və Texas ştatlarının sakinləridir.