"İstəsəm Rusiyanı məhv edırəm..." - Tramp Moskvanı da təhdid etdi

"İstəsəm Rusiyanı məhv edırəm..." - Tramp Moskvanı da təhdid etdiABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə rusiyalı həmkarı Vladimir Putinlə təmaslar barədə suallara cavab verərkən Moskvanı təhdid edib.

Tükiyənin "CNN Türk" və "Hürriyət" nəşrlərinin ABŞ nümayəndəsi Yunus Paksoyun verdiyi məlumata görə, Tramp Moskvadan tez cavab gözlədiyini vurğulayıb

"İstəsəm, Rusiyanı məhv edə bilərəm. Rusiyanı maddi cəhətdən məhv edə bilərik, amma bunu istəmirəm" - deyə,Tramp Moskvanı təhdid edib.

ABŞ prezidenti qeyd edib ki, vəziyyət çox ciddidir və münaqişə Üçüncü dünya müharibəsinə səbəb ola bilər: "Burada əvvəllər sülh istəməyən biri var idi (Zelenskini nəzərdə tutur - red.), indi bunu qəbul edir. Hazırda Rusiyaya gedən nümayəndə heyətimiz var. Ümid edirəm ki, atəşkəsə nail olacağıq. İndi hər şey Rusiyadan asılıdır. Ümid edirəm ki, Rusiyadan atəşkəs əldə edə bilərik. Buna nail ola bilsək, burada sülhə gedən yolun 80 faizini tamamlamış olarıq. Rusiyadan müsbət mesajlar aldım, amma müsbət mesaj heç bir məna kəsb etmir. Əgər atəşkəsi qəbul etməsələr, bu, çox ciddi bir vəziyyət olacaq. Bu müharibə Üçüncü Dünya müharibəsinə səbəb ola biləcək müharibədir. Bu vəziyyətə ABŞ-nin keçmiş prezidenti Co Baydenin səriştəsizliyi səbəb olub. Mən heç vaxt bunun baş verməsinə icazə verməyəcəyəm".

Azpolitika

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər