star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyasında ilk diplomlar təqdim olunub

Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyasında ilk diplomlar təqdim olunubQahirədə yeni təsis edilmiş Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyasında müxtəlif fənlər üzrə keçirilən kurslarda ödənişsiz əsasda təhsil alan 70 uşağa diplomların təqdim edilməsi mərasimi keçirilib.

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdində təsis olunmuş akademiyada hazırda 175 uşaq müxtəlif fənlər üzrə təhsil alır.

Cəmiyyətin sədri, tədqiqatçı alim Seymur Nəsirov qeyd edib ki, bu fəaliyyətlər xalqlar arasında, xüsusilə Misir və Azərbaycan arasında dostluğun möhkəmlənməsinə, mədəni təmasların inkişafına töhfə verir.

Qeyd edək ki, Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyası elm və incəsənət sahələri bağlı fəaliyyətlərlə məşğul olur. Akademiyada Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti, xalçaçılıq, muğam sənəti və digər fənlər üzrə 59 ölkədən 642 tələbə ödənişsiz əsaslarda təhsil alır.

Uşaqlara diplomların təqdim edilməsi mərasimi ilə bağlı xəbər ərəb ölkələri mediasında geniş şəkildə dərc olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər