ABŞ-də helikopter qəzası - 3 nəfər ölüb
Dərc olunub:
11-03-2025, 05:19
Missisipi Universitetinin tibbi helikopterinin Missisipi ştatının Medison qraflığının meşələrində qəzaya uğraması nəticəsində azı 3 nəfər həlak olub.
Avrasiya.net xəbər verir ki, bu barədə yerli CBS filialı məlumat yayıb.
Telekanal xəbər verir ki, universitetin tibb mərkəzinin nümayəndələrinin verdiyi açıqlamaya görə, helikopterdə iki işçi və bir pilot olub. Hadisənin səbəbləri və təfərrüatları müəyyənləşdirilir.