star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Əş-Şaraa təhlükəsizlik qüvvələrinin 200 əməkdaşının öldüyünü təsdiqləyib

Əş-Şaraa təhlükəsizlik qüvvələrinin 200 əməkdaşının öldüyünü təsdiqləyibSuriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şaraa ölkənin qərbində keçmiş prezident Bəşər Əsədin silahlı tərəfdarları ilə toqquşmalarda ölkənin təhlükəsizlik qüvvələrinin 200 əməkdaşının öldüyünü təsdiqləyib.

“Report” xəbər verir ki, o, bu barədə “Reuters”ə müsahibəsində bildirib.

Söhbətdən edilən çıxarışlara görə, əş-Şaraa müstəqil komitənin araşdırması tamamlanana qədər ölənlərin ümumi sayını açıqlamayacağını söyləyib.

Xatırladaq ki, Əş-Şaraa dünən sahilyanı əyalətlərdə zorakılığın artmasının səbəblərini müəyyən etmək, cinayətləri araşdırmaq və günahkarları məsuliyyətə cəlb etmək üçün yeddi nəfərdən ibarət müstəqil komitə yaradıb.

Dəməşq administrasiyasının yeni başçısı söz verib ki, toqquşma günlərində əksəriyyəti Ələvi icmasına mənsub olan dinc əhaliyə qarşı törədilən cinayətlərdə əli olanların hamısı cəzalandırılacaq. “Suriya hüquqi dövlətdir. Qanun hamıya şamil olunacaq. Biz məzlumları qorumaq üçün mübarizə apardıq və heç kimin qanının haqsız yerə axıdılmasına və hətta bizə ən yaxın olanlar arasında belə kiminsə cəzasız qalmasına icazə verməyəcəyik”, – agentlik prezidentin sözlərindən sitat gətirib.

Qeyd edək ki, martın 6-da Latakiya, Tartus və Homs əyalətlərində Suriyanın yeni hakimiyyət orqanlarına tabe olan təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsədin tərəfdarları arasında toqquşmalar başlayıb. Martın 10-da Suriya Müdafiə Nazirliyi ölkənin sahilyanı əyalətlərində əməliyyatın başa çatdığını və təhlükəsizliyə təhdid olan Əsəd tərəfdarlarının silahlı birləşmələrinin zərərsizləşdirildiyini elan edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər