Zelenski Ağ Ev qalmaqalına görə Trampdan üzr istədi

Zelenski Ağ Ev qalmaqalına görə Trampdan üzr istədiUkrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampdan Ağ Evdəki məlum qalmaqala görə üzr istəyib.

Bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff məlumat yayıb.

O qeyd edib ki, Zelenski Trampa üzrxahlıq məktubu göndərib.

"Zelenski prezidentə məktub göndərdi. O, Oval kabinetdə baş verən hadisəyə görə üzr istədi. Hesab edirəm ki, bu, mühüm addım idi. Komandalarımız, bu işə qarışan ukraynalılar və avropalılar arasında çoxlu müzakirələr oldu. Mən bunu irəliləyiş adlandırardım", - o vurğulayıb.

Qeyd edək ki, 28 fevralda Ağ Evdə keçirilən görüşdə Zelenski və Tramp arasında (vitse-prezident Vens də daxil olmaqla) mübahisə baş vermiş, nəticədə Zelenski Ağ Evi erkən tərk etmişdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər