star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

"City of London”da Novruz bayramı qeyd olunub

"City of London”da Novruz bayramı qeyd olunubBu il Novruz Britaniyaya erkən gəlib. Londonun maliyyə mərkəzi sayılan “City of London”un tarixi Mansion House binasında Novruz bayramı möhtəşəm bir tədbirlə qeyd olunub. Bu bayram gecəsi Böyük Britaniyanın qabaqcıl fintek şirkətlərindən biri olan və azərbaycanlı sahibkar Orxan Nəsibov tərəfindən təsis edilən “Guavapay”in təşkilatçılığı ilə baş tutub. "City of London"-un 696-cı Lord Meri Alastair Kinqin dəstəyi və iştirakı ilə keçirilən bu təntənəli tədbir Novruzun zəngin mədəni irsini, sülh və birlik dəyərlərini əks etdirib.

Gecədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov, Türkiyə, Özbəkistan və Qırğızıstanın Londondakı səfirləri, Britaniya parlamentinin üzvləri, eləcə də biznes və maliyyə sahəsində nüfuzlu şəxslər, diaspor nümayəndələri və ölkənin öndə olan universitetlərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Lord Alastair Kinq çıxışında Novruzun insanları bir araya gətirən dəyərlərini vurğulayaraq bu bayramın multikultural dəyərlərin və dostluğun simvolu olduğunu qeyd edib. O, eyni zamanda, “Guavapay”in Londondakı sürətlə inkişaf edən fintek sektoruna verdiyi töhfələri yüksək qiymətləndirərək belə beynəlxalq təşəbbüslərin şəhərin iqtisadi inkişafında mühüm rol oynadığını bildirib. Lord Alastair Kinq həmçinin qeyd edib ki, bu tədbir Mansion House-da Azərbaycanla bağlı ilk tədbiridir.

“Guavapay” Qrupunun icraçı direktoru Elxan Nəsibov çıxışında Novruzun yenilənmə və inkişaf ruhunun biznes və texnologiya sahələrində də öz əksini tapdığını bildirib. O, “Guavapay”in 8 il əvvəl Orxan Nəsibov tərəfindən Londonda təsis edildiyini və bu illər ərzində beynəlxalq maliyyə texnologiyalarında mühüm körpü rolunu oynadığını vurğulayıb.

Çıxışlar zamanı qeyd olunub ki, tədbirin məqsədi Novruzu təkcə baharın müjdəçisi kimi deyil, həm də xalqları, mədəniyyətləri, qitələri birləşdirən bir körpü kimi dəyərləndirmək və yeni qarşılıqlı əməkdaşlıqların bünövrəsini qoyan dostluq platforması yaratmaqdır.

Qonaqlar üçün bayramın rəmzi olan ləziz Azərbaycan şirniyyatları təqdim edilib, Novruzun ruhu zəngin musiqi proqramının ahəngi ilə canlanıb, bayram ovqatına xüsusi bir rəng qatıb.

Tədbirdə Londonda fəaliyyət göstərən “Qarabağ” məktəbinin şagirdləri, Azərbaycanın Əməkdar artisti, virtuoz skripkaçı Ceyla Seyidova və istedadlı kamança ustası Rasim Fərziyev möhtəşəm çıxışları ilə bayram gecəsinin ruhunu zənginləşdirərək onu unudulmaz bir gecə kimi xatirələrə həkk ediblər.
Bu tədbir Azərbaycan və Böyük Britaniya arasında mədəni və iqtisadi əlaqələrin daha da dərinləşməsinə mühüm töhfə verən əlamətdar bir hadisə kimi yadda qalıb.

Xatırladaq ki, “City of London” - Londonun maliyyə mərkəzi təxminən 2,9 kvadrat kilometr sahəni əhatə edir və qlobal maliyyə arenasında böyük təsirə malik sıx bir ərazidir. Ölçüsünə baxmayaraq bu tarixi bölgə İngiltərə Bankı və London Fond Birjası kimi əsas institutların mərkəzi olub, dünyanın ən nüfuzlu maliyyə mərkəzlərindən biri kimi əhəmiyyətini göstərməkdədi

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər