ABŞ-da dəhşətli yanğınlar: Fövqəladə vəziyyət elan edildi
Dərc olunub:
9-03-2025, 13:56
Nyu Yorkun Lonq Aylend və Bruklin rayonları yaxınlığında dəhşətli yanğınlar başlayıb.
Bu barədə ABŞ Milli Meteorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, güclü külək yanğının yayılması riskini artırır.
Ən yüksək risk altında olan bölgələr Nyu Yorkun cənub-şərqi, Nyu Cersinin şimalı, Lonq Aylend, Nyu York şəhərinin beş rayonu və Konnektikut ştatının cənubudur.
Nyu York qubernatoru Keti Hoçul Lonq Aylenddəki Suffolk dairəsində meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edib.
Yanğınsöndürənlərə kömək etmək üçün Nyu Yorkdakı Milli Qvardiyanın helikopterləri göndərilib.
Son xəbərlər
