Bu adada 105 min dollara vətəndaşlıq verilir

Bu adada 105 min dollara vətəndaşlıq verilirKiçik ada dövləti Nauru vətəndaşlığı 105 min dollara satır.

Lent.az xəbər verir ki, CNN-in məlumatına görə, Sakit Okeanın qərbində yerləşən ada suyun səviyyəsinin qalxması, tufan dalğaları və sahil eroziyasına görə daşqın təhlükəsi ilə üzləşib.

Ölkənin iqlim böhranından qorunmaq üçün resursları yoxdur, buna görə də hökumət “qızıl pasport” proqramını işə salmaq qərarına gəlib.

Onlar satışdan əldə olunan gəliri təxminən 12500 nəfərdən ibarət adanın əhalisinin 90%-ni daha yüksək yerə köçürmək üçün istifadə etməyi planlaşdırırlar.

"Dünya iqlim dəyişikliyi ilə mübarizə üçün tədbirləri müzakirə edərkən, biz ölkəmizin gələcəyini təmin etmək üçün fəal addımlar atmalıyıq" deyə Nauru Prezidenti David Adanq bildirib.

Nauru pasportu Böyük Britaniya, Sinqapur və BƏƏ də daxil olmaqla 89 ölkəyə vizasız giriş imkanı verir. Lakin cinayəti olan şəxslər pasport ala bilməyəcəklər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər