Suriyada ölü sayı 500-ü keçdi: Colanidən çağırış

Suriyada hökumət qüvvələri ilə Əsəd tərəfdarları arasında toqquşmalar davam edir.

Lent.az xarici mediaya istinadla bildirir ki, Suriya İnsan Haqları Mərkəzinin məlumatına görə, hökumət qüvvələrinin keçirdikləri əməliyyatlar nəticəsində 311 nəfər həlak olub. Həmçinin Əl-Colaniyə tabe olan qüvvələrdən də 213 nəfərin öldüyü bildirilir.

“Əl-Arabia” və “Əl-Hadath”ın məlumatına görə, Suriyanın sahil şəhərlərində səssizlik hökm sürsə də, ordu Latakiya və Tartus şəhərlərində əməliyyatlara davam edir. Yerli “SƏNA” agentliyindən isə bildirilib ki, ordu ilə Əsəd tərəfdarları olan ələvilər arasında Latakiya şəhərindəki İbn Sina xəstəxanasının ətrafında gecə saatlarında yüngül atışma olub.

Suriya lideri Əl-Colani toqquşmalarla bağlı ələviləri nə qədər gec deyil silahı yerə qoyub təslim olmağa çağırıb:

“Bəzi devrilmiş rejim qalıqları yeni Suriyanı sınaqdan keçirməyə cəhd ediblər. Onlar yeni Suriyanı tanımırlar. Onların bu xəyanətinə rəğmən dövlət daxili sülh üçün çalışmaqda davam edəcək. Ordumuzu mülki insanları qoruduqları üçün təbrik edirəm. Sivil əhaliyə zərər verən hər kəs ağır nəticəsini görəcək”.




Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər