Tramp Xameneiyə məktub göndərdi
Dərc olunub:
7-03-2025, 16:35
ABŞ Prezidenti Donald Tramp İranın ali dini lideri Əli Xameneiyə məktub göndərib.
Bu barədə Tramp “Foks Nyus” telekanalına müsahibəsində deyib.
Tramp Xameneini danışıqlara dəvət etdiyini bildirib.
ABŞ prezidenti İranla razılaşmaya üstünlük verəcəyini və bunun İran hökumətinin danışıqlar üçün son şansı olduğunu deyib.