Avropanın ən böyük orduları - Siyahı

Avropanın ən böyük orduları - SiyahıUkrayna ordusu Avropada Rusiya ordusundan sonra ikinci ən böyük ordudur.

Bu barədə müvafiq infoqrafika dərc edən Almaniyanın “Bild” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Rusiya 1,3 milyon əsgərlə Avropa qitəsində ən böyük orduya malikdir.

İkinci yerdə 900 min əsgərlə Ukrayna gəlir.

Üçüncü yerdə isə 355 min əsgərlə Türkiyə qərarlaşıb.

“Bild” qəzeti həmçinin Rusiya və ABŞ-ın hərbi potensialını müqayisə edib.

Bildirilib ki, Rusiyanın daha çox tankı var - 5750 ədəd, Amerikada isə ondan xeyli azdır - 4640 ədəd.

Döyüş təyyarələrinin sayına gəldikdə, burada ABŞ üstündür - 1520-yə qarşı 2680 ədəd.

Ümumilikdə NATO qüvvələrinə 3,6 milyon əsgər, 7500 tank və 4500 döyüş təyyarəsi daxildir.

Nəşr qeyd edir ki, Avropa ölkələri iqtisadi baxımdan Rusiyanı əhəmiyyətli dərəcədə üstələyir və bu, Moskvanın hərbi sahədə imkanlarını məhdudlaşdırır.

“Bild”in məlumatına görə, Rusiyanın hərbi xərcləri ÜDM-in 7%-10%-ni təşkil edir, Avropa İttifaqı ölkələri arasında ən yüksək göstərici isə 4,2%-dir.

“Bununla yanaşı, Rusiya iqtisadiyyatı artıq hərbi ehtiyaclara tam uyğunlaşdırılıb”, - qəzet vurğulayır.

Modern.az

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər