Rusiya Rumıniyada çevriliş hazırlayıb: 6 nəfər saxlanıldı

Rusiya Rumıniyada çevriliş hazırlayıb: 6 nəfər saxlanıldıRumıniyada 6 nəfər Rusiyanın köməyi ilə hökuməti devirməyə cəhddə ittiham olunaraq həbs edilib.

Bu barədə “Azadlıq” radiosunun Rumıniya xidməti məlumat yayıb.

“Onlar siyasi sabitliyi pozmaq və ölkənin müdafiə qabiliyyətini zəiflətməklə Rumıniyanın suverenliyini, müstəqilliyini pozmağa cəhd ediblər”, - məlumatda qeyd olunub.

Müəyyən edilib ki, təqsirləndirilənlərdən beşi hələ 2023-cü ildə cinayətkar qrup yaradıb:

“2024-cü ildə onlara altıncı üzv də qoşulub. Qrup “Vlad Tsepeş” Komandanlığının Baş Qərargahı adlanır. Onun lideri - təqsirləndirilən 6 nəfərdən biri olan 101 yaşlı təqaüdçü general Radu Teodordur. Cinayətkar qrupun üzvləri həm Rumıniyada, həm də Rusiyada yerləşən xarici dövlətin agentləri ilə dəfələrlə əlaqə saxlayıb”.

Prokurorların sözlərinə görə, yanvar ayında iki müttəhim Moskvaya gedib və orada Rumıniyada hakimiyyəti ələ keçirmək cəhdlərinə dəstək vermək istəyən insanlarla görüşüb:

“İstintaq çərçivəsində Rumıniyanın müxtəlif bölgələrində səkkiz axtarış aparılıb. Martın 6-da Buxarest Apellyasiya Məhkəməsinin dörd müttəhimin həbsi, digər ikisinin isə ev dustaqlığı ilə bağlı qərar çıxaracağı gözlənilir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər