Fransa Ukraynaya kəşfiyyat məlumatları verəcək
Dərc olunub:
6-03-2025, 13:18
Fransa Ukraynaya kəşfiyyat məlumatlarını verməyə hazırdır.
Bunu Fransanın müdafiə naziri Sebastyan Lekornyu bildirib. O bunu martın 5-də ABŞ-nin Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmasından sonra deyib.
"Bizim suveren kəşfiyyatımız var. Öz imkanlarımızla fəaliyyət göstərir. Biz kəfiyyat məlumatlarını ukraynalılarla bölüşəcəyik", - deyə nazir əmin edib.
Martıqn 5-dən ABŞ bütün kəşfiyyat məlumatlarını Ukrayna ilə paylaşmağı dayandırıb. Həmçinin bildirilib ki, kəşfiyyat məlumatlarının verilməsinin dayandırılması səbəbindən Ukrayna hərbçiləri HIMARS-la uzaq məsafələrdəki hədəfi vura bilmirlər.
Son xəbərlər
