İran Suriyada yeni silahlı təşkilat yaratdı

İran Suriyada yeni silahlı təşkilat yaratdıSuriyada “İslami-Müqavimət” adlı yeni silahlı qrup yaradılıb. Təşkilat xarici müdaxiləyə və işğala qarşı mübarizəyə hazır olduğunu bəyan edir.

Axar.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Qeyd edilib ki, yeni təşkilatın rəmzləri birbaşa SEPAH və Hizbullaha işarə edir ki, bu da onun Tehranla sıx bağlı olduğunu göstərir:

“Təşkilat bəyan edib ki, Suriya əhalisinin bütün təbəqələrini təmsil edəcək və ölkənin müdafiəsinə töhfə verəcək. Lakin əslində, bu birləşmənin yaradılması İranın bölgədəki hərbi varlığını gücləndirmək və İsrailin mövqelərinin möhkəmlənməsinin qarşısını almaq məqsədi daşıyır.

“Mehr”agentliyi təşkilatın Bəşər Əsəd rejiminin süqutundan sonra yaranan hakimiyyət boşluğu fonunda formalaşdığını yazıb. Bu, İrana Suriyada fəaliyyətini gücləndirmək imkanı verir. Terror qruplaşması öz məqsədini “Suriyanı işğaldan qorumaq” kimi təqdim etsə də, əslində, İranın təsir vasitələrindən biri olacaq və İsrailə qarşı mübarizə aparacaq.

İsrail SEPAH və onun dəstəklədiyi silahlı birləşmələrlə bağlı obyektlərə dəfələrlə hava zərbələri endirib və İran hərbi qüvvələrinin Suriyada möhkəmlənməsinin qarşısını almağa çalışıb. Livan və Suriyada İsraillə iranyönlü qüvvələr arasında davam edən qarşıdurma fonunda yeni qrupun yaradılması münaqişənin genişlənməsinə və regionda gərginliyin artmasına səbəb ola bilər”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər