Kim Çen Inın bacısı ABŞ-a xəbərdarlıq etdi: Çox təhlükəli olacaq
Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq ABŞ-ın Cənubi Koreyaya nüvə sualtı qayığı göndərməsinə reaksiya verib.
Publika xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin sədr müavini Kim Yo-Conq ABŞ-ın nüvə sualtı gəmisi “USS Carl Vinson”un martın 2-də Cənubi Koreyanın Busan şəhərinə gəlməsinə sərt reaksiya verib.
O, ABŞ və onun bölgədəki müttəfiqlərini Şimali Koreyanın təhlükəsizlik narahatlığına məhəl qoymadan təxribatçı hərəkətlər etməkdə günahlandırıb:
"ABŞ bu cür hərəkətləri ilə Şimali Koreyaya qarşı düşmən və qarşıdurma mövqeyini açıq şəkildə nümayiş etdirdi. Koreya yarımadasındakı gərginliyin artmasının əsas səbəbi ABŞ və müttəfiqlərinin bölgədə NATO təsirini artırmasıdır. Biz ABŞ və onun qüvvələrinin suveren bir dövlətin təhlükəsizlik qaydalarını gözardı edən və bütün regionda sülh mühitini təhlükə altına alan ehtiyatsız hərəkətlərini və güc nümayişlərini şiddətlə qınayırıq”.
Kim ABŞ və müttəfiqlərinin Şimali Koreyanı silah gücü ilə “diz çökdürmə”yə məcbur etməyə çalışdıqlarını iddia edib:
"Mövcud reallıq Şimali Koreyanın nüvə gücünü artırmaq siyasətinin doğruluğunu və zəruriliyini açıq şəkildə nümayiş etdirir. ABŞ Şimali Koreyaya qarşı hərbi nümayişlərini yeniləməyə davam edərsə, Şimali Koreya təbii olaraq strateji çəkindirmə təcrübələrindəki rekordlarını yeniləməli olacaq. Düşmənlər əlində olan bütün vasitələri səfərbər edərək, Şimali Koreyanın qətiyyətini və suverenliyini müdafiə etmək qabiliyyətini sınamamalıdır. Yoxsa bu, çox təhlükəli olacaq”
Son xəbərlər
