Trampın impiçmenti hansı əsasla aparılacaq?

Trampın impiçmenti hansı əsasla aparılacaq?Avropa və Ukraynanın təhlükəsizliyini hansı dövlətlər təmin edəcək?

Dövlətin siyasi, idealogi mahiyyətinin kommersiya prinsipinlərindən arxa plana keçirilməsi, Donald Trampın qlobal dünya düzəninə gətirdiyi praktik yenilik kimi, oturuşmuş beynəlxalq siyasi tarazlığı əhəmiyyətli dərəcədə poza bilib. Əlbəttəki, ABŞ-a gözlənilən iqtisadi və maliyyə gəlirləri uğrunda Trampın beynəlxalq nizamı pozan gedişləri, əslində siyasi niyyətini gizlətmək məqsədi də daşıya bilər.

Ancaq fakt budur ki, Tramp və onun komandasının yürütdüyü siyasət ABŞ-ı dünyanın fovqəl dövlət statusundan məhruma aparır. ABŞ-ın Avropa, Ukraynanın təhlükəsizliyinin təminatıdan imtinası ilk növbədə Avropanın birliyinə böyük zərbə vurur, parçalanmasını qaçılmaz vəziyyət gətirir. Tramp Ukrayna və Avropa İttifaqı ilə bağlı siyasəti, ABŞ-ın ən yaxın və etibarlı müttəfiqi Böyük Britaniya üçün də çıxılmaz vəziyyət yaradır. Nəticələrinə görə Tramın bütün gedişləri Avropa İttifaqını, NATO-nu zəiflədir, Rusiyanı gücləndirir, manevr və manipulyasiya imkanlarını artırır.

Sual olunur ki, Tramp niyə Rusiyanın maraqlarını təmin edən addımlar atır?
Qoyulan suala müxtəlif cavablar verilsə də, Donald Trampın "Rusiyanın ağenti" versiyası əsas çəkiyə malikdir. Belə ki, Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sabiq sədri Alnur Musayev Donald Trampın hələ 1987-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin 6-cı bölməsi tərəfindən əməkdaşlığa cəlb edildiyini, əməliyyatın "Krasnov" kodu ilə aparıldığını, Rusiyanın əlində Trampa qarşı tutarlı kompramatının olmasını və onun Rusiyanın qarmağından çıxmaq imkansızlığı barədə açıqlama verib. Üstəlik, ABŞ vitse-prezidenti Cey Di Vensin hələ gənclik illərindən SSRİ-yə sevgisi və Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi barədə tutarlı faktlar ortaya çıxıb.

Donald Trampa qarşı nəinki impiçment və hətta ona qarşı "vətənə xəyanət" ittihamı mümkündür. Əlbəttəki, Donald Trampa qarşı impiçment irəli sürüləcək, ancaq ABŞ prezidentinin "Rusiya agenti" kimi ABŞ-ın beynəlxalq imic və nüfuzuna xələl gətirdiyi üçün "agent damğası" ilə ittiham edilməsinə ABŞ siyasi elitası, dərin dövlətinin gedəcəyi ehtimalı azdır.

Donald Trampın irəli sürdüyü dağıdıcı siyasi kursu, Avropanın və müttəfiqlərinin təhlükəsizlikyinin təmindən imtinası, Avropa və NATO ölkələri üçün panika və parçalanma ehtimalı yaratsa da, tamamilə əks effekt verəcək. Bu əks prosesi "sanksiya efekti" də adlandırmaq olar. Yəni ki, Avropa və NATO ölkələri, xüsusən də,Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Polşa məcburiyyətdən ABŞ-dan müstəqil şəkildə öz təhlükəsizliyinin təmin etmək üçün real addımlar ataraq, ABŞ-dan təhlükəsizlik asılılığını aradan qaldıra biləcək. Türkiyə isə ancaq Böyük Britaniya ilə koordinasiya edə bilər və Ukraynanın xilası əsasən bu birlikdən keçir.

Trampın Ukraynanın Rusiya faktiki kapitulyasiya edilməsi planlarının boşa çıxması artıq açıq görünür. Düzdür, Ukrayna ABŞ-la ilə həm də nadir metal ehtiyatları ilə bağlı müqavilə bağlaya bilər, ancaq həmin müqavilənin Rusiya -, Ukrayna müharibəsi ilə, yaxud müharibənin dayandırılması ilə bağlı olmayacaq.
Çin isə proseslərdən kənardır, niyəsi də məlumdur.

Vüqar Dadaşov

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər