ABŞ Ukraynaya hərbi yardımını dayandırıb
Dərc olunub:
4-03-2025, 05:56
Ağ Evin sözçüsü Ukraynaya hərbi yardımın dayandırıldığını təsdiqləyib.
Avrasiya.net xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
"Prezident Donald Tramp diqqətini sülhə yönəltdiyini açıq şəkildə bildirdi. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasına ehtiyac duyuruq. Biz Ukrayna böhranının həllinə töhfə vermək üçün yardımımızı dayandırırıq və nəzərdən keçiririk", - Ağ Evin sözçüsü bildirib.
Son xəbərlər
