"Tramp açıq deyib ki, başınızın çarəsinə baxın"

"Tramp açıq deyib ki, başınızın çarəsinə baxın"Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Londonda Ukrayna ilə bağlı sammitdə deyib ki, təcili olaraq Avropanı yenidən silahlandırmaq məcburiyyətindəyik. Bu sözləri illərdir eşidirik, ortada isə hərəkət yoxdur. Krımın ilhaqından 11 il, Rusiyanın Ukraynanın şərqinə hərbi müdaxiləsindən sonra isə 3 ildən çox vaxt keçib və bu müddətdə Avropanın bir çox lideri, o cümlədən NATO və Avropa İttifaqı rəhbərləri elə hey “təcili silahlanmalıyıq” deyirlər.

Avrasiya.net xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O, qeyd edib ki, Donald Trampı bəyənməsək belə, o hələ ötən prezidentlik müddətində Avropa dövlətlərindən hərbi xərclərini artırmağı tələb etmişdi. Polşadan başqa digər Avropa dövlətləri Trampın sözlərini qulaqardına vurdular, düşündülər ki, Avropanın təhlükəsizlik yükünü əvvəlkitək ABŞ daşımaqda davam edəcək. Tramp bu dəfə açıq deyib ki, başınızın çarəsinə baxın. Avropa ölkələrinin təcili silahlanması zaman alacaq, buna qədər isə Rusiya işğalı genişləndirməyə çalışacaq, Ağ Evdəki qalmaqaldan sonra ABŞ Ukraynaya maliyyə və hərbi dəstək verməyəcək. Bu halda yeganə alternativ Avropa ölkələrinin ABŞ-dan pulunu ödəmək şərtilə silah və hərbi texnika alıb onu Ukraynaya təhvil verməkdir. Pulgir Tramp buna razılaşacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər