20 min ABŞ əsgəri Avropadan çıxarılır

20 min ABŞ əsgəri Avropadan çıxarılırAvropalı siyasətçilər 20 min Amerika hərbçisinin Avropadan çıxarılması ehtimalından narahat olduqlarını bildirirlər.

Publika.az xəbər verir ki, bu barədə “Washington Post”a diplomatik mənbələrə istinadla məlumat yayıb.

Qeyd edilib ki, bu addım çox yaxın gələcəkdə həyata keçirilə bilər. Avropa liderləri bu qərarın ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında əldə olunan hər hansı razılaşmanın nəticəsi olmadığına əminlik axtarırlar.

NATO diplomatlarından biri deyib ki, Ukrayna böhranı ilə əlaqədar Avropaya yerləşdirilən Amerika qoşunları nəhayət ABŞ-a qayıdarsa, o, təəccüblənməyəcək. Diplomatın vurğuladığı kimi, “Avropadan ayrılsalar, bu, normal həyata qayıtmaq olacaq”.

“Washington Post”un məqaləsində Avropa liderlərinin Amerika qoşunlarının çıxarılmasının daha böyük bir razılaşmanın bir hissəsi ola biləcəyi ilə bağlı narahatlıqları vurğulanır. Belə bir razılaşma Rusiya ilə həmsərhəd olan Avropa dövlətlərini öz müdafiələrini gücləndirməzdən əvvəl həssas vəziyyətdə qoya bilər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər