"ABŞ çətin ki, Ukraynaya yardımı dayandırsın"
Dərc olunub:
3-03-2025, 05:19
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla Oval kabinetdə mübahisə etdikdən sonra belə inanın ki, münasibətləri düzəltmək olar.
Bu barədə Zelenski Londonda Ukrayna sammitindən sonra jurnalistlərə bildirib.
Qeyd olunur ki, Zelenski jurnalistlərlə söhbətində danışıqların bağlı qapılar arxasında davam etdirilməli olduğunu vurğulayıb.
Zelenski jurnalistlərə həmçinin deyib ki, ABŞ çətin ki, Ukraynaya yardımı dayandırsın, çünki Tramp Vladimir Putinə kömək etmək istəmir.
Bununla belə, o, qarşıya çıxa biləcək bütün çağırışlara hazır olacağını vurğulayıb.
Yeraltı minerallardan danışan Ukrayna prezidenti hələ də ABŞ ilə müqavilə imzalamağa hazır olduğunu bildirib.
Son xəbərlər
