"Zelenski öz əzmi ilə Trampı fakt qarşısında qoydu"

"Zelenski öz əzmi ilə Trampı fakt qarşısında qoydu"Dünya diplomatiyası özünün ən ağır saatlarını yaşayır desək yanılmarıq. Tramp-Zelenski dueli
bəlkə də Ukrayna müharibəsinin ən ağır məqamdır. Zelenski dünyanın əzilən və işğala məruz qalan zümrəsini qalstuksuz, kostyumsuz təmsil etməklə sivil və elit zümrənin təmsilçisi "işbaz kostyum" Trampla simvolik müharibə edir. Zelenskiyə edilən təzyiqlər və həm də öz meydançasında oynayan komanda kimi Trampın komandasının zəifliyini büruzə verir. Bütün cinahlardan hücuma keçilsə də Zekenski yaxşı müdafiə olundu. Söz duelində onlardan geridə qalmaqdı. Təəssüf doğuran o oldu ki, ABŞ Prezidenti Tramp reallıq hissini itirib.

Doğrudur, bəlkə Tramp reallıqdan çıxış etdi, amma elə olsa belə, dünyanın bir ali dəyəri var və dünya bunu müfafiə etmək məcburiyyətindədir. Tramp isə öz reallığını uydurub.

Zelenski öz əzmi ilə Trampı fakt qarşısında qoydu. Ukraynanın heç nəyə baxmadan təslim olmayacağını Trampa başa saldı. Artıq növbəti gediş Avropanındır. İndi onlar Zelenskinin arxasında var gücləri ilə durmalıdırlar. Hesab edirəm ki, sabahdan Ukrayna xalqı üçün yeni dövr başlayır. Ukrayna xalqı öz Prezidenti ilə fəxr edə bilər!

Azər Qasımov

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər