Avropa liderləri Zelenskiyə dəstəyini ifadə ediblər

Avropa liderləri Zelenskiyə dəstəyini ifadə ediblərBir sıra Avropa liderləri Trampla qalmaqallı görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə dəstəyini ifadə ediblər.

“Report” xəbər verir ki, siyasətçilər Ukrayna liderini sosial şəbəkədə paylaşım edərək dəstəkləyiblər.

“Güclü olun, cəsarətli olun, qorxmaz olun. Siz heç vaxt tək deyilsiniz, hörmətli Prezident. Biz ədalətli və davamlı sülh naminə sizinlə işləməyə davam edəcəyik”, – Avropa İttifaqı Şurasının Prezidenti qeyd edib.

“Güclü olun, cəsarətli olun, qorxmaz olun”, – Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ukraincə yazıb.

İspaniyanın Baş naziri Pedro Sançes bildirib ki, Ağ evdə Zelenski ilə Trampın qalmaqallı görüşünə baxmayaraq, Avropa Ukraynaya arxa çevirməməlidir.

“Ukrayna, biz səninləyək”, – o yazıb.

“Əziz Zelenski, əziz ukraynalı dostlar, siz tək deyilsiniz”, – Polşanın Baş naziri Donald Tusk “X”də qeyd edib.

Fransa Prezidenti Emmanuel Makron yazıb: “Bir təcavüzkar var, o, Rusiyadır, hücuma məruz qalan insanlar isə Ukraynadır”.

“Hörmətli Volodimir Zelenski, biz yaxşı və imtahana çəkildiyimiz vaxtlarda Ukraynanın yanındayıq. Biz bu dəhşətli müharibədə təcavüzkarla qurbanı heç vaxt qarışdırmamalıyıq”, – Almaniyanın gələcək baş naziri Fridrix Merts yazıb.

Bu əsnadə Tramp amerikalı demokratlar tərəfindən tənqid edilib.

“Tramp və Vens Putinin çirkin işini görürlər”, – Senatın demokrat lideri Çak Şumer bildirib.

“Bağışlayın, Prezident Tramp. Biz avtoritarizmə deyil, demokratiyaya inanırıq”, – ABŞ senatoru Berni Sanders yazıb.

Trampı onun keçmiş müşaviri Con Bolton da tənqid edib: “Tramp və Vens Rusiya – Ukrayna müharibəsində Rusiyanın tərəfində olduqlarını bəyan ediblər”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər