Tramp və Zelenski arasında mübahisə yaşanıb

Tramp və Zelenski arasında mübahisə yaşanıbXəbər verdiyimiz kimi ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında Ağ Evdə mətbuat konfransından öncə mübahisə yaşanıb.

APA mübahisənin tam mətnini təqdim edir:

Tramp: Əgər mən özümü onlarla (Putin və Zelenskiyə) uzlaşdırmasam razılaşma (atəşkəs) əldə edə bilmərəm. Siz istəyirsiniz mən Putinlə bağlı çox dəhşətli şeylər deyim, sonra da “salam Vladimir, razılaşma ilə bağlı neynəyirik”, bu belə işləmir. Mən özümü Putinlə uzlaşdırmıram, mən heç kimlə uzlaşmıram, mən ABŞ və dünyanın yaxşılığına uzlaşıram. Mən bu şeyin (müharibənin) bitməsini istəyitəm. (Jurnalistlərə Zelenskini göstərərək) Siz Putinə nifrəti görürsünüz və bu, mənə razılaşma əldə edilməsini çətinləşdirir. Onun nəhəng nifrəti var. Mən bunu başa düşürəm, lakin digər tərəf də onunla (Zelenksi ilə) sevgi içərisində deyil. Siz uzlaşma ilə bağlı sual verdiniz - mən dünya ilə, Avropa ilə özümü uzlaşdırıram. Mən görmək istəyirəm ki biz bunu həll edə bilərikmi. Siz mənim sərt olmağımı istəyirsiniz. Mən istənilən insanla sərt ola bilərəm, siz bunu görmüsünüz. Amma sən bu yolla razılaşma əldə edə bilməzsən. Daha bir sual qəbul edəcəyəm (Jurnalistlərə baxaraq)…

Vens: Mən buna (jurnalistin sualın) cavab vermək istəyirəm. Baxın, ABŞ-nin dörd il müddətinə mətbuat konfransı keçirərək Putin haqqında sərt danışan prezidenti var idi, daha sonra isə Putin Ukraynanı işğal etdi və ölkənin böyük hissəsini dağıtdı. Sülhə və firavanlığa yol ola bilsin ki, diplomatiyada iştirakdır. Biz Co Baydenin yolunu yoxladıq, sinəmizə vuraraq özümüzü elə apardıq ki, ABŞ prezidentinin sözləri onun əməllərindən daha vacibdir. ABŞ-ni yaxşı ölkə edən onun diplomatikyada iştirakıdır və Prezident Tramp da bunu edir.

Zelenski: Mən cavab verə bilərəmmi?

Vens: Əlbəttə

Zelenski: Hə?

Vens: Bəli

Zelenski: (Vensə baxaraq danışır) O, (Vladimir Putin) 2014-də bizim böyük hissəmizi, Ukraynaın böyük hissəsini, Şərq hissəsini, Krımı işğal etdi. Uzun illər ərzində - mən sadəcə Bayden haqqında danışmıram – həmin müddətdə Prezident Obama, daha sonra Prezident Tramp, daha sonra Preziden Bayden indi isə yenə Prezident Tramp – allaha şükür ki, indi Tramp onu (Putini) dayandıracaq - Lakin 2014-də heç kim onu dayandırmadı. O sadəcə işğal etdi və ələ keçirdi. Bilirsiniz təmas xəttində nə ...

Tramp: 2015-ci il?

Zelenksi: 2014

Tramp: 2014. Onda mən burada (Ağ Evdə) deyildim.

Zelenksi: Bəli, lakin 2014-dən 2022-ci ilədək vəziyyət eyni qaldı. Təmas xəttində insanlar öldülər. Heç kim onu dayandırmadı. Bilirsinizmi ki, bizim onunla danışıqlarımız var idi. Çox danışıqlarımız var idi. İkitrəfli danışıqlar. Və mən 2019-cu ildə yeni prezident olaraq Merkel və Makronla birlikdə atəşkəs imzaladım. Atəşkəs. Biz onunla qaz sazişi imzaladıq. Lakin bundan sonra o atəşkəsi pozdu, o bizim insanlarımızı öldürdü və o əsirləri mübadilə etmədi. Biz əsirlərin mübadiləsini imzaladıq. Lakin o bunu etmədi. Vens, siz nə cür bir diplomatiyadan danışırsınız? Siz nə demək istəyirsiniz?

Vens: Mən o cür bir dipomatiyadan danışıram ki, o sizin ölkənizin dağıdılmasına son verəcək.

Zelenski: Bəli, lakin ...

Vens: Cənab Prezident ! Cənab Prezident! Düşünürəm ki, sizin oval ofisə gəlib bunu Amerika mediasının qarşısında mühakimə etməyiniz hörmətsizlikdir. Sizlər indi ətrafda gəzərək çağırışçıları cəbhəyə məcbur edirsiniz, çünki sizin hərbçi çatışmazlığınız var. Siz ABŞ prezidentinə bu münaqişəni sona çatdırmağa çalışdığına görə mütəşəkkir olmalısınız.

Zelenksi: Siz nə vaxtsa Ukrayanda olmusunuzmu ki, bizim hansı problemlərimiz olduğundan danışırsınız?

Vens: Mən olmuşam ki... Düzü mən hekayələrə baxmışam və izləmişəm, nə baş verdiyini bilirəm. Siz razı deyilsinizmi ki, insanları orduya cəlb etməkdə problemləriniz var?

Zelenksi: Mən cavab verəcəyəm...

Vens: Oval ofisə gələrək sizin ölkənizin dağılmasının qarşısını almağa çalışan administrasiyaya hücum etməyiniz hörmətsizlikdir.

Zelenski: Çox sual verdiniz. Gəlin lap əvvəldən başlayaq.

Vens: Əlbəttə

Zelenski: Birincisi müharibə dövründə hər kəsin problemləri olur. Hətta sizin də. Lakin sizin yaxşı okeanınız var. Siz hələ hiss etmirsiniz, lakin bunu gələcəkdə hissə edəcəksiniz. Allah qorusun…

Tramp: Siz bunu bilə bilməsziniz. Bizə gələcəkdə nə hiss edəcəyimizi deməyin. Biz problemi həll etməyə çalışırıq. Bizə nə hiss edəcəyimizi deməyin.

Zelenski: Mən onun suallarına (Vensin) cavab verirəm.

Tramp: Çünki bizə diktə edəcək mövqedə deyilsiniz. Siz bizə nə hiss edəcəyimizi diqtə edəcək mövqedə deyilsiniz. Biz özümüzü çox yaxşı hiss edəcəyik.

Zelenksi: Mən sizin (müharibənin) təsirini hiss edəcəyinizi deyirəm

Tramp: Biz çox yaxşı, çox güclü hiss edəcəyik.

Zelenski: Mən sizin təsiri hiss edəcəyinizi deyirəm

Tramp: Siz haqlısınız, siz indi yaxşı mövqedə deyilsiniz. Siz özünüzün çox pis mövqeyə düşməyinizə imkan vermisiniz. Mövqeyiniz yaxşı deyil. Sizin hazırda kartlarınız yoxdur.

Zelenski: Mən kart oynamıram.

Tramp: Siz kart oynayırsınız. Siz milyonlarla insanın həyatı ilə qumar oynayırsınız. Siz 3-cü dünya müharibəsi ilə qumar oynayırsınız və etdiyiniz bu ölkəyə çox hörmətsizlikdir.

Zelenksi: mən hörmət edirəm

Vens: Siz bir dəfə də olsun təşəkkür etmisinizmi?

Zelenksi: Bir çox dəfə.

Vens: Siz Pensilvaniyaya getdiniz və oktyabrda müxalifət üçün kampaniyada iştirak etdiniz. Sizin ölkənizi qorumağa çalışan ABŞ-yə və onun prezidentinə təşəkkürlərinizi çatdırmalısınız.

Zelenksi: (Vensə baxaraq) Xahiş edirəm, əgər düşünürsünüsə ki, müharibə haqqında ucadan danışaraq…

Tramp: o ucadan danışmır. Sizin ölkəniz çox çətin vəziyyətdədir.

Zelenksi: Olarmı cavab verim?

Tramp: Yox, Yox, siz çox danışdınız.

Tramp: Sizin ölkəniz çox çətin vəziyyətdədir.

Zelenski: Mən bilirəm.

Tramp: Siz qalib gəlmirsiniz, siz bunda qalib gələ bilmirsiniz, sizin bunda yaxşı olmağınız üçün bizsiz lənətə gəlmiş şansınız yoxdur.

Zelenksi: Cənab prezident biz öz ölkəmizdə qalırıq. Güclü dayanırıq, müharibənin lap əvvəlindən biz yalnız olmuşuq və biz minnətdarıq. Mən bu kabinetdə təşəkkür etdim, yalnız bu kabinetdə yox...

Tramp: Biz bu axmaq prezident vasitəsilə sizə 350 milyard verdik, biz sizə hərbi ləvazimat verdik. Sizin kişiləriniz cəsurdur, lakin onlar bizim hərbi vasitələrimizdən istifadə edirlər.

Zelenksi: Bəs mənə qarşı hörmət necə. Siz məni ona görə dəvət etdiniz ki...

Tramp: Sizdə bizim hərbi vasitələrimiz olmasaydı bu müharibə iki həftəyə bitərdi.

Zelenski: “3 gün” – mən bunu daha əvvəl Putindən eşitmişdim, “3 gün”.

Tramp: Bəlkə də daha az.

Zelenksi: “İki həftə” - bunu yeni eşidirəm.

Tramp: Bu formada iş görmək çox çətin olacaq, bunu sizə deyə bilərəm.

Vens: Siz çox sağolun dedinizmi?

Zelenksi: Mən Amerika xalqına bir çox dəfə sağ ol demişəm.

Vens: haqsız olduğunuz təqdirdə Amerika mediasının qarşısında bu mübahisəsini etməkdənsə qəbul edək ki, razılaşmadığımız məqamlar var. Biz bilirik ki, siz haqsızsınız.

Tramp: düşünürəm ki Amerika xalqının nə baş verdiyini görməsi yaxşıdır. Düşünürəm ki, bu çox vacibdir, ona görə də bunun (mübahisənin) bu qədər uzun davam etməsinə icazə verdim. Siz minnətdar olmalısınız. Sizin kartlarınız yoxdur. Sizin insanlarınız ölür.Əsgərləriniz azalır. Ondan sonra heç də yaxşı olmayacaq. Amma siz gəlib bizə deyirsiniz “mən atəşkəs istəmirəm, mən atəşkəs istəmirəm, davam etmək istəyirəm”. Əgər atəşkəs istəyirsinizsə indi var və onu götür, güllələrin uçuşması dayansın.

Zelenski: Əlbəttə biz müharibəni dayandırmaq istəyirik.

Tramp: Amma sən deyirsən atəşkəs istəmirsən.

Zelenksi: Əlbəttə biz atəşkəs istəyirik, ancaq zəmanətlərlə.

Tramp: Mən atəşkəs istəyirəm, çünki atəşkəsi razılaşmadan daha tez əldə edirsən.

Zelenski: Atəşkəslə bağlı bizim insanlarımızdan soruş gör onlar nə düşünürlər. Onların nə düşünmməsinin sizin üçün mənası yoxdurmu?

Tramp: Bu, mən (hakimiyyətdə) olanda baş vermədi. Bu Bayden adlı ağıllı olmayan birinin dövründə oldu.

Zelenski: Lakin o sizin prezidentiniz idi.

Tramp: Bağışlayın, bu Obama olanda baş Verdi, o sizə vərəqlər verirdi, mən isə “Javelin”lər verdim. Mən sizə o tankları məhv etmək üçün “Javelin”lər verdim. Obama sizə vərəqlər verdi. Bəyanat budur ki – “Obama vərəqlər verdi, Tramp “Javelin”lər”. Sən daha çox mütəşəkkür olmalısan. Çünki qoy sizə deyim, sizin kartlarınız yoxdur. Bizimlə sizin kartlarınız var. Lakin bizsiz sizin heç bir kartınız yoxdur.

Jurnalist: Bəs Rusiya atəşkəsi pozsa necə ?

Tramp: Bəs əgər elə indi sənin başına bomba düşsə necə? Bəs əgər onlar atəşkəsi pozsalar necə? Bilmirəm. Onlar bunu Baydenin vaxtında pozdular. Onlar Baydenə hörmət etmirlər, onlar Obamaya hörmət etmirlər. Onlar mənə hörmət edirlər…

***
28.02.2025
22:02


ABŞ Prezidenti Donald Tramp və Volodimir Zelenski Ağ Evdə mətbuat konfransından öncə mübahisə ediblər.

APA xarici KİV-ə istinadən xəbər verir ki, söhbət Ukrayna münaqişəsinin sülh yolu ilə həlli perspektivlərindən gedəndə onlar bir-birinin sözünü kəsməyə başlayıblar.

Tramp Zelenskinin milyonlarla insanın həyatı ilə oynadığını bəyan edib.

“Ukrayna indi o qədər də yaxşı vəziyyətdə deyil. Mən bilirəm ki, siz qalib gəlmirsiniz. Əsgərlərinizin sayı tükənir. Ukraynada münaqişəyə son qoymağın vaxtıdır, Rusiya bunu istəyir. Ruslarla danışıqlarımız olub, Prezidentlə danışmışam. Və biz bunu sona çatdırmağa çalışacağıq”, - Tramp qeyd edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər