HƏMAS Qəzzaya nəzarəti verməyə hazırdır

HƏMAS Qəzzaya nəzarəti verməyə hazırdırHƏMAS siyasi hakimiyyəti və Qəzza zolağına inzibati nəzarəti Fələstin Milli Birlik Hökumətinə verməyə hazırdır, lakin müstəqil Fələstin dövləti yaradılmayınca tərksilah olmayacaq.

HƏMAS-ın yüksək səviyyəli siyasi rəsmisi Basem Naim NBC News-a bildirib.

"Biz idarəçilikdən uzaqlaşmağa və onu Qəzza zolağının idarə olunmasına hazır olan bir quruma, hökumətə və komitəyə təhvil verməyə hazırıq”, - deyə Naim bildirib.

HƏMAS və İsrail arasında kövrək razılaşmanın birinci mərhələsi şənbə günü başa çatmalıdır, lakin tərəflər arasında atəşkəsin davam etdirilməsi ilə bağlı heç bir razılıq əldə olunmayıb.
Cümə axşamı axşam saatlarında İsrailin baş naziri Benyamin Netanyahunun ofisi danışıqları davam etdirmək üçün tezliklə Qahirəyə diplomatik nümayəndə heyəti göndərəcəyini bildirib.

Naimin sözlərinə görə, bu açıq bəyanatdan başqa HƏMAS-a İsrailin danışıqları bərpa etmək niyyəti barədə rəsmi məlumat verilməyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər