Tramp bu gün Rusiyaya sarsıdıcı zərbə endirəcək

Tramp bu gün Rusiyaya sarsıdıcı zərbə endirəcəkUkrayna ilə ABŞ arasında faydalı qazıntılarla bağlı saziş Rusiyaya sarsıdıcı zərbədir. Müəyyən mənada ABŞ Prezidenti Donald Trampın döyüşlərə son qoymaq üçün danışıqlar apara biləcəyi istənilən sülh sazişindən daha vacibdir. Bu müqavilənin həyata keçirilməsindən sonra Rusiya faktiki olaraq müharibəni uduzacaq.

Bunu ABŞ-ın eks-prezidenti Corc Buşun keçmiş spikeri Mark Tissen deyib.

O, ABŞ-ın sazişi imzalamaqla Ukrayna ilə ticarətə girəcəyini, müqavilədə göstərildiyi kimi, Ukraynanın istifadə olunmamış faydalı qazıntılarını və digər təbii sərvətlərini birgə işlətmək üçün Kiyevlə “uzunmüddətli tərəfdaşlıq” bağlayacağını və “sabit və iqtisadi cəhətdən çiçəklənən Ukraynanın inkişafı üçün uzunmüddətli maliyyə öhdəlikləri” götürəcəyini vurğulayıb.

“Bu o deməkdir ki, hazırda ABŞ-ın Ukraynanın müstəqilliyinin qorunmasına kömək etmək üçün böyük maliyyə stimulu var. Ukrayna “sağ” qalsa, ABŞ yüz milyardlarla dollar alacaq, Ukrayna məğlub olsa, heç nə almayacağıq. Kimsə düşünür ki, Putin Ukraynanı fəth etsə, Ukraynaya döyüşmək üçün verdiyimiz silahları ABŞ-a qaytaracaq? Əlbəttə yox”, - Tissen qeyd edib.

Onun fikrincə, Ukraynanın razılaşmanın müqabilində təhlükəsizlik zəmanəti ala bilməyəcəyini deyənlər bir məqamı qaçırırlar: “Bunun özü təhlükəsizlik zəmanətidir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər