"Ukrayna NATO üzvü olmayacaq"

"Ukrayna NATO üzvü olmayacaq""Ukrayna NATO-nun üzvü olmayacaq, alyansla Rusiya arasında bufer zonası olaraq qalacaq. Bu, ABŞ-də respublikaçı Donald Trampın hakimiyyətə qayıdışından sonra aydın olub".

Bunu Macarıstanın baş naziri Viktor Orban milli parlamentin yaz sessiyasının açılışında çıxışı zamanı deyib.

O, həmçinin qeyd edib ki, "sülh müqaviləsi Macarıstan və NATO-ya üzv ölkələrin təhlükəsizliyinə təminat verməli və yenidən bufer zonaya çevriləcək Ukraynanın statusu buna uyğun tənzimlənməlidir".

"Lakin Ukraynanın Aİ-yə üzvlüyü sırf Avropa məsələsidir", - Orban davam edib. O, hökumət adından parlamenti əmin edib ki, "Ukrayna macarların qərarı olmadan Avropa İttifaqına üzv ola bilməyəcək". Baş nazir qeyd edib ki, Ukrayna bu gün Aİ-yə qəbul olunarsa, bu, "macar fermerlərini, hətta bütün milli iqtisadiyyatı məhv edəcək".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər