Ukrayna "Avropanın İsraili" ola bilər

Ukrayna rəsmi olaraq hələlik nüvə silahı hazırlamağı planlaşdırmadığını bəyan edib və bununla Qərb tərəfdaşlarını narahat etməməyə çalışır, gələcəkdə isə belə bir ehtimalı tamamilə istisna edən yoxdur.

Bu barədə “Telegraf” nəşrinin məqaləsində bildirilib.

“Ukraynalı tarixçi Yevgeni Finkel yeni kitabında yazır ki, onun vətəni Dnepr üzərində İsrailə çevrilə bilər. Bu, yalnız döyüşlərdə möhkəmlənmiş və özünü müdafiə etməyə hazır əhalini deyil, həm də İsrailə bənzər müstəqil nüvə arsenalının yaradılmasını da ifadə edə bilər", - nəşr qeyd edib.

Bildirilir ki, Ukraynanın nüvə silahı yaratmaq üçün bütün imkanları var.

Qeyd edək ki, Ukrayna 1994-cü ildə Rusiya, ABŞ və Böyük Britaniyanın təhlükəsizlik zəmanəti müqabilində nüvə silahından imtina edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər