Faşizm üzərində Qələbədə Bakı neftinin və Azərbaycan xalqının rolu

Faşizm üzərində Qələbədə Bakı neftinin və Azərbaycan xalqının roluMəlumat üçün qeyd edərək bildirirəm ki, Azərbaycan Vətən Müharibəsi Veteranları Təşkilatı 1994-cü il tarixindən 100000 nəfərdən artıq olan üzvləri ilə ölkəmizin rayon və şəhərlərində öz səmərəli fəaliyyətləri ilə ölkəmizin ictimai və siyasi həyatında fəal olaraq Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyərək Ali Baş Komandanımızın Fədai əskərləriyik.

2020-ci il tarixlərində, 44 günlük davam etmiş Vətən müharibəsində, Azərbaycan Prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Müzzəfər Ali Baş Komandanı cənab İlham Əliyev Xalqa müraciyyət edəndə Qarabağ müharibəsinin təcrübəli veteran döyüşçüləri kimi, orduya könüllü yazılaraq Vətən müharibəsində “QARABAĞ AZƏRBAYCANDIR” şüarı ilə döyüşərək əbədi və əzəli torpaqlarımızın ermənilərdən azad edib şəhidlərimizin və dədə-babalarımızın ruhlarını şad etdərək tarixə qızıl hərflərlə Azərbaycan xalqının qəhrəmanlığını yazdılar.

Bu gün də biz müharibəsi veteranları gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Azərbaycanda “Vətənin müdafiəsinə hazıram!” devizi altında reallaşdırılmış tədbirlərdə gənc nəslin müddətli həqiqi hərbi xidmətə fiziki, mənəvi və psixoloji cəhətdən hazırlığının artırılmasında, onların Vətənə sadiqlik ruhunda tərbiyə edilməsində yaxından iştirak edirlər.

Qeyd etmək istəyirəm ki, 2024-cü ilin oktyabr ayında, Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurası MDB məkanında 2025-ci ildə Böyük Vətən Müharibəsində Qələbənin 80 illik yubileyinin hazırlanması və qeyd edilməsi üzrə müvafiq Tədbirlər Planını təsdiq etmişdir.
MDB dövlət başçıları bu barədə dünya ölkələrinin xalqlarına və ictimaiyyətə müraciət etmişdirlər.
Tədbirlər planına əsasən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq göstərişinə əsasən, Azərbaycanda 2025-ci ildə Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyini geniş şəkildə qeyd ediməsi nəzərdə tutulmuşdur.

Biz vətənpərvər müharibə veteranları olaraq cənab prezidentimizin Azərbaycanda 2025-ci ildə Böyük Vətən Müharibəsinin Qələbəsinin 80 illiyini geniş şəkildə qeyd edilməsi üçün nəzərdə tutulmuş tədbirlər planına dəstək vermək məqsədi ilə, Bakıda və rayonlarda Böyük Vətən müharibəsində “Faşizm üzərində Qələbədə Bakı neftinin və Azərbaycan xalqının rolu” haqqında orta məktəblərdə şagirdlər arasında inşa, rəsm müsabiqələrini keçirmək, bununla yanaşı olaraq, şərəfli döyüş yolu keçmiş veteranların və onların yaşadıqları mənzillərinə gedib onları ziyarət etmək üçün layihə həyata keçirməyi planlaşdırmışıq.
Hesab edirik ki, həyata keçirəcəyimiz layihə şərəfli döyüş yolu keçmiş qəhrəmanların tarixi şücaəti yaddaşımızda əbədi olaraq qalacaq və vətənpərvərlik nümunəsi gənc nəsillərimizə irsi olaraq ötürüləcəkdir”.

Böyük Vətən müharibəsində Faşizm üzərində Qələbədə və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda qəhramanlığ, sücayyət göstərərmiş insanların adları daim qəlbimizdədir, xatirələri bizim üçün əzizdir, onlar bizim qəlbimizdən çıxmaz, unudulmazdırlar!
Nə qədər ki, Azərbaycan xalqı, Azərbaycan dövləti var qəhramanlarımızda yaşayırlar və yaşayacaqlar!

Fəqan Nəsibzadə

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon şöbəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər