"Putinə qarşı zəif ola bilməzsən" - Makrondan Trampa

"Putinə qarşı zəif ola bilməzsən" - Makrondan TrampaFransa prezidenti Emmanuel Makron sosial şəbəkədə canlı yayımda Ukrayna ilə bağlı sualları cavablandırıb.

Avrasiya.net xəbər verir ki, Makron Ukraynadakı sülh prosesinin Avropa üçün vacib olduğunu bir daha vurğulayıb.

"Biz sülh istəyirik, lakin Ukraynanın təslim olması anlamına gələn atəşkəs istəmirik”, - deyə Makron, bu məsələdə Rusiyanın xeyrinə heç bir güzəştə getməməli olduğuna diqqət çəkib.

Rusiya ilə ABŞ arasında gərginləşən və Avropa dövlətlərinin masadan kənar qalmaq istəmədiyi Ukrayna danışıqları ilə bağlı daha sərt sövdələşmələr aparılmalı olduğunu bildirən Makron, “Bunu ABŞ prezidenti Donald Trampa deyəcəm: “Siz Putinə qarşı zəif ola bilməzsiniz, bu sizin maraqlarınız",- deyib.

Digər tərəfdən, Ukraynada sülh şəraitinin Avropanın təhlükəsizliyi üçün vacib olduğunu və Rusiyanın başqa bir Avropa ölkəsinə hücumunun qarşısını almaq üçün çəkindirici təhlükəsizlik tədbirlərinin görülməsi lazım olduğunu vurğulayan Makron, Ukraynanın Avropa İttifaqı (AB) və NATO-ya üzvlüyü məsələsinə də toxunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər