Proqnoz: Ermənistanda konstitusiya dəyişikliyi...

Proqnoz: Ermənistanda konstitusiya dəyişikliyi...Zəngəzur dəhlizinin Azərbaycanın tələblərinə uyğun açılması ilə bağlı Ermənistanın razılığı barədə məlumatların ardınca, baş nazir Nikol Paşinyanın Ermənistan konstitusiyasına dəyişikliklər edilməsinin zəruriliyi haqqında açıqlaması, Ermənistan Azərbaycan münasibətlərinin normallaşdırılması üçün çox vacib irəliləyiş ola bilər. Baxmayaraq ki, Paşinyan ölkə konstitusiyasına planlaşdırılan dəyişikliklərlərin konkret müddəa və aspektlərini qeyd etməsə də, dəyişiliklərin məhz Azərbaycanın Ermənistanla sülh müqaviləsinin şərtləri və tələbləri ilə bağlı olduğu məlumdur.

Nikol Paşinyanın bu açıqlaması ilk növbədə ona sübutdur ki, Ermənistan konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiasını əks etdirən müddəaları çıxarmayınca tərəflər arasında heç bir sülh müqaviləsindən söhbət gedə bilməz. Nikol Paşinyanın konstitusiya ilə bağlı açıqlaması heç də prosesə start veriləcəyi demək deyil. Hələ nəticəsindən asılı olmayaraq, prosesə başlamağın özü böyük risklər vəd edir.

Təbii ki, Ermənistanın üçün bu proses xeyli vaxt apara bilər. Bu müddət daxilində konstitusiya dəyişikliyinin qəbuluna qədər prosesin nəzarətdən çıxması ehtimalı da yüksəkdir. Daxili revanşistlər və bəzi xarici təhrikçi ölkələr Nikol Paşinyanın hakimiyyətdən kənarlaşdırılması üçün birləşə bilər. Bu halda, Paşinyanın onun istefasını, devrilməsini tələb edən qüvvələrlə danışığa getməklə hakimiyətini qoruya bilməz.

Ancaq, baş nazir Nikol Paşinyan Azərbaycanla müharibəyə getməklə hakimiyyətdən kənarlaşdırılmasını müvəqqəti də olsa arxa plana keçirə bilər. Ermənistanın ABŞ, Fransa, Hindistan, Yunanıstan, İran və sair ölkələrin hesabına hücum silahları ilə silahlanması, Azərbaycanla şərti sərhəd boyu hərbi infrastrukturun yaradılması, Aİ-nın yarım-hərbi misiyasının kəşfiyatçı fəaliyyəti Paşinyan hakimiyyəti ilə Ermənistanın ehtiyac qalacağı müharibəyə hazırlığıdır.

Ancaq, Paşinyan hakimiyyətini saxlamaq üçün getdiyi müharibənin nəticələri Ermənistan və onun şəxsi üçün daha acınacaqlı ola bilər, olsun ki, Paşinyan Azərbaycanla yeni müharibədənsə postundan getməyi üsün tutsun.

Paşinyanın hakimiyyətdən uzaqlaşması da Ermənistanın Azərbaycanla müharibəsinn başlamasının qarşısını ala bilməz. Əksinə, erməni revanşistləri Paşinyanın uzaqlaşdırılmasını qələbə hesab edəcək, avantürist müharibə riskinə gedə bilər.

Vüqar Dadaşov

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər