"Trampın daxili siyasi təzyiqlərlə üzləşməsi mümkündür"

"Trampın daxili siyasi təzyiqlərlə üzləşməsi mümkündür".D.Tramp Ukrayna prezidenti V.Zelenskini şoumen adlandırıb. Onun prezident postundan getməsini açıq tələb edir. Demək olar ki, ABŞ və Rusiya danışıqlar prosesində V. Zeleskini problem görür. Hər iki prezidentin Ukrayna prezidentinə mövqeyi üst -üstə düşür. V. Zeleski ölkəsinin və xalqının milli maraqlarını cəsarətlə müdafiə, güzəştə getmir.

Bunu Avrasiya.net-ə politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, V. Zelenskinin 500 milyard dollarlıq mineral ehtiyatlarla bağlı ABŞ -la müqavilədən imtina etməsi, D. Tramp tərəfindən onun danışıqlar prosesində yer almayacağı təzyiqi ilə üzləşdi. Moskva da V. Zelenskinin getməsi fonunda Ukrayna ilə danışıqlara gedəcəyini qeyd edib. Bu təklif D. Tramp tərəfindən qəbul edilib:

"Baş verən proseslər bağlı D. Trampın daxili siyasi təzyiqlərlə üzləşməsi mümkündür. Ukrayna məsələsində güzəştlər Vaşinqtonun beynəlxalq imicinə mənfi zərbə olacaq. Avropa ilə siyasi münasibətlər sistemində tektotik dəyişikliklər baş verməsi Vaşinqtonun xarici siyasətinin iflasa uğradır. Nəticədə Avropa öz ordusunu qurduqdan sonra, ABŞ ehtiyacı olmayacaq.

D.Tramp Rusiya ilə Çini ayıracağını düşünür. Amma, Çin Avropayaxınlaşmasına gətirib çıxaracaq. Ümumiyyətlə, Çin Rusiya və ABŞ sövdələşməsini özünə qarşı görür. Ona görə də Çin ötən gün Ukraynanın ərazi bütövlüyü və suverenliyinin qorunması barədə bəyanat verdi. Bu, açıq şəkildə Pekinin növbəti mərhələdə Ukraynanın yanında olması deməkdir. D. Trampın hazırkı siyasəti Ukrayna müharibəsini durdurmasına getirirb çıxarmayacaq.

Yeni dünya siyasi nizamında Avropa hərbiləşəcək. Öz təhlükəsizliyini özü təmin edəcək. Bu da NATO fiaskosu deməkdir. Avropa İttifaqı öz təhlükəsizliyində Türkiyə ilə kordinasiyalı şəkildə fəaliyyət göstərəcək.

Artıq, Avropa dövlətləri və Türkiyə Ukraynanı müdafiə edəcək. Avropa ölkələri, Türkiyə və Çin Ukraynanı müdafiə edəcəksə, ABŞ-Rusiya sövdələşməsi baş tutmaya bilər. Amma, ABŞ, V. Zeleskini aradan götürə bilər. Artıq V.Zelenskiyə şoumen deyilirsə, Kremlin sevimli kəlməsi olan "nasist" epiteti yapışdırıla bilər.
Məhz, D.Tramp Rusiyanı ABŞ-la birgə nasizmə qarşı ikinci dünya müharibəsində savaşdığını deməsi, təsadüfi deyildi.

ABŞ dövlət və geopolitik maraqları Rusiyaya güzəştə getməməyi tələb edir. Amma, D. Trampın həyata keçirdiyi siyasət mövcud siyasi sistemi dağıdır. ABŞ prezidentinin yeni dünya siyasi nizamı qurması cəhdi Ukrayna siyasətindən asılı olacaq".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər