"Rusiyanın Ukrayna ilə bağlı danışıqlarda kozırları var"
Dərc olunub:
20-02-2025, 08:25
Rusiya mühüm ərazilərə nəzarət edir ki, bu da onun Ukraynadakı münaqişəyə son qoymaq üçün gələcək danışıqlarda kozırıdır.
Avrasiya.net xəbər verir ki, bu bəyanatla ABŞ prezidenti Donald Tramp çıxış edib.
“Onların kozır kartları var, çünki onlar çoxlu əraziləri ələ keçiriblər”, – Tramp deyib.
Prezident hesab edir ki, bu fakt gələcək danışıqlarda Rusiya üçün üstünlük olacaq. Bundan əlavə, o, Moskvanın Ukrayna münaqişəsinə son qoymaq istədiyinə əminliyini ifadə edib.