Pentaqon istefaya göndəriləcək generalların siyahısını hazırlayıb

Pentaqon istefaya göndəriləcək generalların siyahısını hazırlayıbABŞ-nin müdafiə naziri Pit Heqset, mövqeləri Tramp administrasiyasının siyasətinə zidd olan bir sıra general və admiralları işdən azad etməyi düşünür.

APA xəbər verir ki, bu barədə “NBC News” Pentaqonun iki rəsmisinə və üç konqres nümayəndəsinə istinadən məlumat yayıb.

Pentaqon rəhbərliyi bu həftənin əvvəlində Nümayəndələr Palatasının və Senatın Respublikaçı üzvləri ilə işdən çıxarıla biləcək general və zabitlərin siyahısını müzakirə ediblər.

Məlumata görə, siyahıda olanların əksəriyyəti keçmiş müdafiə naziri Lloyd Ostin ilə sıx əlaqələrə malik olub.

Generalların və zabitlərin Heqsetə daha yaxın olan və Trampın gündəliyinə daha uyğun görünən namizədlərlə əvəzlənməsi gözlənilir.

Qeyd edək ki, prezident Donald Tramp bu həftə əvvəlki administrasiya dövründə təyin edilmiş bütün federal prokurorların işdən çıxarıldığını elan edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər