Pakistan Baş naziri Azərbaycana gəlir
Dərc olunub:
19-02-2025, 13:10
"Ötən il Azərbaycan Prezidenti Pakistana səfər etdi. Biz Azərbaycanla bir çox sahələrdə yaxından əməkdaşlıq edirik".
Avrasiya.net xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Pakistan Senatın sədri Syed Yusuf Raza Gilani deyib.
O bildirib ki, Pakistan Baş naziri iki gün sonra Azərbaycana gələcək: "Biz mədəni, dini, tarixi baxımdan bir-birimizə çox yaxınıq".