"Somali və Azərbaycan arasında imzalanan sənədlər ikitərəfli əlaqələrin inkişafına təkan verəcək"

"Somali və Azərbaycan arasında imzalanan sənədlər ikitərəfli əlaqələrin inkişafına təkan verəcək" Azərbaycanla Somali arasında diplomatik əlaqələr 2004-cü ildə qurulub. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən dövr ərzində, xüsusilə son illərdə Azərbaycan-Somali təmaslarının artması əməkdaşlıq perspektivlərinin müzakirəsində faydalı rol oynayır. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə dair İƏT-in Kontakt Qrupunun üzvü kimi Somali daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən biri olub. Bundan əlavə, Somali-Türkiyə münasibətləri Azərbaycanın maraqlarına uyğun şəkildə inkişaf edir, çünki Türkiyə Azərbaycan üçün strateji tərəfdaşdır və onun Afrika ilə əməkdaşlığında mühüm rol oynayır. Somali, həmçinin iqtisadi baxımdan inkişaf etməkdə olan ölkədir və Azərbaycanla enerji, logistika, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlıq potensialı böyükdür.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında qeyd edib.

K.Bayramov bildirib ki, 2025-ci il fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud ilə Bakıda rəsmi görüş keçirib. Görüş iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi baxımından mühüm addım olub. Burada müxtəlif sahələrdə, xüsusən iqtisadiyyat, təhlükəsizlik, təhsil və humanitar məsələlərdə tərəfdaşlığın inkişafı məsələləri müzakirə edilib. Bu gün artıq Azərbaycan və Somali arasındakı əlaqələr yalnız ikitərəfli səviyyədə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində də möhkəmlənir. Dövlət başçıları iki ölkə arasında beynəlxalq arenada bir-birini dəstəkləməyin əhəmiyyətini xüsusi olaraq qeyd ediblər. Görüşdə Azərbaycan Somali ilə beynəlxalq məsələlərdə bir-birinin maraqlarını qorumağa və qlobal siyasətdə ortaq mövqedən çıxış etməyə davam edəcəklərini bildiriblər.

Deputat diqqətə çatdırıb ki, görüş zamanı Azərbaycan və Somali arasında bir sıra mühüm sənədlər imzalanıb. Bunlardan ən əhəmiyyətlisi “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş” olub. Bu saziş hər iki ölkənin müdafiə sahəsində təcrübə mübadiləsi və texnoloji əməkdaşlığı artırmasına şərait yaradacaq. Bu, Somali üçün çox vacibdir, çünki ölkə öz müdafiə sektorunu gücləndirmək və təhlükəsizliyini təmin etmək istəyir. Eyni zamanda, Azərbaycanın bu sahədəki texnoloji biliklərindən istifadə etmək Somali üçün böyük bir fürsət yaradır.

Dövlət başçıları həmçinin ticarət, kənd təsərrüfatı, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər. Prezident İlham Əliyev bu sahələrdə ikitərəfli əlaqələrin inkişafı ilə bağlı bir çox layihələrin reallaşdırılmasının vacibliyini qeyd edib.

Bundan əlavə, Azərbaycan Somali iqtisadiyyatına sərmayə yatırmaq imkanlarını araşdırır. Xüsusilə kənd təsərrüfatı, infrastruktur və liman qurğuları sahələrində əməkdaşlıq üçün böyük potensial mövcuddur. Azərbaycanın özünü təmin edən kənd təsərrüfatı modelini Somaliyə təqdim etməsi, bu ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verə bilər.
Somali Prezidenti də eyni zamanda öz çıxışında Azərbaycanla olan əməkdaşlığın ticarət və iqtisadiyyat sahələrində yeni hədəflərə yönələcəyini vurğulayıb. Bu da iki ölkənin daha sıx əməkdaşlıq etməsinə və yeni imkanların yaranmasına səbəb olacaq. K.Bayramov əlavə edib ki, ikitərəfli əməkdaşlığın ən mühüm istiqamətlərindən biri təhsil sahəsi oldu. Somalidən olan tələbələrin Azərbaycanda Heydər Əliyev adına təqaüdlə təhsil alması artıq iki ölkə arasındakı akademik əlaqələrin qurulduğunu göstərir. Yeni imzalanmış sazişlərlə bu imkanların daha da genişlənəcəyi və tələbə sayının artırılacağı gözlənilir. Bu, Somalinin gələcək inkişafı üçün bilikli və ixtisaslı kadrların hazırlanmasına şərait yaradacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər