Almaniya Ukraynaya yeni hərbi yardım paketi göndərəcək

Almaniya Ukraynaya yeni hərbi yardım paketi göndərəcəkAlmaniya Ukraynaya tərkibinə 56 ədəd MRAP zirehli maşını, IRIS-T SLM orta mənzilli sistem üçün raketlər, IRIS-T SLS kiçik mənzilli sistem üçün raketlər, 300 ədəd HF-1 hücum dronu daxil olan yeni hərbi yardım paketini təqdim edəcək.

APA xəbər verir ki, bu məlumat 17 fevralda Almaniya hökumətinin rəsmi saytında dərc edilmiş Ukrayna Silahlı Qüvvələrinə (SQ) verilən yardımla bağlı siyahıda yer alıb.

Bundan əlavə, paketə Leopard 1 tankları və Marder piyada döyüş maşınları üçün mərmilər, 41 min Gepard döyüş sursatı, 4 ədəd Zuzana 2 özüyeriyən artilleriya qurğusu, 50 min 155 millimetrlik top mərmisi və 2 min 122 millimetrlik mərmi daxil olacaq.

Siyahıda göstərilir ki, Almaniya ehtiyat hissələri ilə birlikdə Kiyevə 51 Vektor kəşfiyyat PUA-sı, 245 RQ-35 Heidrun kəşfiyyat PUA-sı, atıcı silahlar (tüfənglər, pulemyotlar və avtomatlar), döyüş sursatları, yun yorğanlar və sarğılar göndərəcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər